22:33 19-05-2020
news_image
201
FUTBOL

748 test, 6 yoluxma - Premyer Liqada

İyunun ilk yarısında bərpası planlaşdırılan İngiltərə Premyer Liqası klublarının test nəticələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ümumilikdə 748 nəfər koronavirus testindən keçib və yalnız 6-da virusa yoluxma halı müşahidə olunub.

Həmin şəxslərin kimliyi açıqlanmasa da, ümumilikdə 3 klubda çalışdıqları müəyyənləşib. Onların futbolçu, yoxsa klub işçisi olduqları da məlum deyil. Virusa yoluxanlar karantinə alınıb.

Qeyd edək ki, Premyer Liqanın iyunun 12-13-də bərpa olunması gözlənilir.