23:31 19-05-2020
news_image
75
FUTBOL

Koronavirus testlərinin nəticəsi açıqlandı - "Beşiktaş"da

"Beşiktaş"ın futbolçu, məşqçi heyəti və baza işçiləri növbəti dəfə koronavirus testindən keçib.

Apasport.az saytının məlumatına görə, testlərin nəticəsi artıq müəyyənləşib. 

Maraqlıdır ki, bir müddət əvvəl koronavirusa yoluxduğu açıqlanan şəxslər də daxil olmaqla hamının testinin nəticəsi mənfi olub. Klubun həkimi klubda heç kimin bu xəstəlikdən əziyyət çəkmədiyini bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl prezident Ahmet Nur Çebi də içlərində olmaqla "Beşiktaş"da 8 nəfərin testinin müsbət çıxdığı açıqlanıb.