00:00 20-05-2020
news_image
268
FUTBOL

Yeni müqavilə - 38 yaşlı qapıçıdan

"Çelsi"nin qapıçısı Villi Kabalero karyerasını bitirməyəcək.

Apasport.az saytının məlumatına görə, 38 yaşlı qolkiper daha bir il "zadəganlar"ın formasını geyinəcək.

Argentinalının mövsümün sonuna qədər olan sözləşməsi yenilənib. Klub rəhbərliyi müqavilədəki müddəti uzatmaq bəndindən yararlanıb. Bununla da Kabalero hücumçu Olivye Jirudan sonra anlaşmasının müddətini uzadıb.

Hazırda "Çelsi" ilə müqaviləsi gələn aya qədər olan iki futbolçu var - Villian və Pedro Rodriges.