09:59 20-05-2020
news_image
127
FUTBOL

İngiltərədən təklif - Koutinyoya

“Barselona”nın yarımmüdafiəçisi Filipp Koutinyo yenidən İngiltərəyə qayıda bilər.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” ulduz futbolçunu heyətinə qatmaq fikrindədir.

Hazırda icarə əsasında “Bavariya”da çıxış edən Braziliya millisinin üzvü mövsümün sonunda Almaniya klubunu tərk edəcək. “Mankunianlar” 27 yaşlı hücumameyilli oyunçunun birdəfəlik transferi üçün “Barselona” ilə danışıqlara başlayıb. Futbolçu həmçinin “Çelsi”, “Tottenhem” və “Liverpul”un da maraq dairəsindədir.

Qeyd edək ki, Filipp Koutinyonun “Barselona” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.