11:10 20-05-2020
news_image
95
FUTBOL

Futbol Amerikaya da qayıtdı

Koronavirus pandemiyası üzündən dayandırılan daha bir futbol turniri bərpa olunub.

Apasport.az saytının məlumatına görə, Kosta-Rika Amerika qitəsində çempionatı bərpa edilən ilk çempionat olub.

Şimali və Cənubi Amerikanın digər ölkələrində isə fasilə hələ davam edir. Kosta-Rikada mövsüm martın 15-də dayandırılıb. Bərpadan sonra çempionat matçları tamaşaçısız keçirilib.

Ehtiyatda qalan oyunçular texniki zonada deyil, tribunada əyləşib. Bu, sosial məsafəyə riayət olunmasına xidmət edib. Həmçinin, futbolçuların qucaqlaşmasına qadağa qoyulub. Komandalar 3 deyil, 5 əvəzetmə edə bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Almaniya Bundesliqası çempionatı bərpa olunan ilk Avropa ölkəsi olub.