13:05 20-05-2020
news_image
98
FUTBOL

Üç koronavirusa yoluxma aşkarlandı - Premyer Liqa klubunda

İngiltərənin “Uotford” klubunda üç koronavirusa yoluxma faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin bir futbolçusu və iki əməkdaşının testləri müsbət nəticə verib.

“Uotford” xəstəliyə yoluxanların adlarını açıqlamayacağını bəyan edib. Onların 7 gün karantində qalacağı və sonradan yenidən testdən keçəcəyi bildirilir.

Qeyd edək ki, bunadək Premyer Liqa klublarının futbolçu və digər əməkdaşlarından alınan testlərdə 3 klubun 6 üzvünün nəticələri müsbət çıxıb. Onlardan birinin “Bernli”nin məşqçisi Yan Voan olduğu açıqlanıb.