14:03 20-05-2020
news_image
344
TOP OYUNLARI

Yığmamızın oyunçusu klubunu dəyişmədi – yeni müqavilə

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu növbəti transferini rəsmiləşdirib. 

Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Azərbaycan milli komandasının blokçusu Kseniya Pavlenko ilə danışıqları müsbət yekunlaşdırıb. 

27 yaşlı voleybolçu “Azərreyl”lə müqaviləsini uzadıb. O, 2020/2021 mövsümündə də “dəmiryolçular”ın formasını geyinəcək. 

Bununla da, ölkəmizi Çelenc kubokunda təmsil edəcək “Azərreyl”in yeni il üçün heyətinə qatdığı oyunçuların sayı 4-ə çatıb. Komanda daha öncə sloveniyalı Moytsa Pene ilə müqaviləni artırıb, ardınca slovakiyalı Romana Hudeçova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə 1 illik anlaşma əldə edib.