14:40 20-05-2020
news_image
2172
FUTBOL

“Azərbaycanda qalmayacağam” - Ruslan Qurbanova 4 ölkədən təklif

“Keşlə” ilə müqaviləm mayın 31-nə qədərdir. Gələcəyimlə bağlı hələ qərar verməmişəm. Özümü başqa ölkədə sınamaq istəyirəm”.

Bunu apasport.az saytına “Keşlə”nin yarımmüdafiəçisi Ruslan Qurbanov deyib.

Azərbaycan millisinin üzvü gələn mövsümdən başqa ölkədə çıxış etmək niyyətindədir. 29 yaşlı oyunçu onunla maraqlanan komandaların ölkələrini də açıqlayıb: “Ölkə xaricindən mənimlə maraqlanan klublar var. Qazaxıstan, Rusiya, Belarus və ya Türkiyəyə gedə bilərəm. Həmin ölkələrin həm yüksək, həm də birinci liqa klublarından təkliflər almışam. Menecerim onların nümayəndələri ilə danışıqlar aparır. Qərar verməyə tələsmirəm. Əgər burada məni dəyərləndirmədiklərini görsəm, qalmağım mənasızdır”.

Qurbanov Azərbaycan yığmasında olduğu üçün legioner həyatı yaşamaqda problemlə üzləşdiyini etiraf edib: “Millidə oynaya biləcəyimi sübut etmək üçün özümü başqa ölkədə sınamaq istəyirəm. 70 faiz Azərbaycanda qalmayacağam. Problem ondadır ki, əksər klublar Rusiya pasportu istəyirlər. Səhv etmirəmsə, Qazaxıstanda da Rusiya vətəndaşı legioner sayılmır. Ancaq mən Azərbaycan millisinin üzvüyəm. Hərtərəfli düşünməli və gələcək karyeramla bağlı düzgün qərar verməliyəm. Xaricdə oynaya bilərəm, özümə güvənirəm”.

Qeyd edək ki, Ruslan Qurbanov ötən ildən “Keşlə”nin formasını geyinir.