15:14 20-05-2020
news_image
94
FUTBOL

A seriyası klubunda yeni müqavilə - baş məşqçi ilə

“Latsio”nun baş məşqçisi Simone İnzaginin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis Roma klubundakı fəaliyyətini davam etdirəcək.

44 yaşlı çalışdırıcı paytaxt təmsilçisi ilə müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadacaq. Çalışdırıcı ilə rəhbərlik artıq bu məsələdə ortaq məxrəcə gəlib. Onun illik məvacibi 2,5 milyon avro təşkil edəcək və əlavə mükafatlar da olacaq.

Qeyd edək ki, Simone İnzagi 2016-cı ildən “Latsio”ya rəhbərlik edir.