16:29 20-05-2020
news_image
151
FUTBOL

Mbappeyə alternativ tapdı – “Real”

“Liverpul”un hücumçusu Sadio Mane yenidən “Real”ın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, “kral klubu” ulduz futbolçunu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

PSJ-nin hücumçusu Kilian Mbappedən əl üzülən Madrid təmsilçisi onun alternativi kimi Seneqal millisinin üzvü ilə danışıqlara başlayıb. 28 yaşlı forvard baş məşqçi Yurgen Kloppla münasibətləri qaydasında olmadığından “Real”a keçməyə qarşı deyil.

Qeyd edək ki, “Liverpul”la müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Sadio Manenin transfer qiyməti 130 milyon avrodur.