17:02 20-05-2020
news_image
89
FUTBOL

Kapitan “Milan”dan ayrılır?

İtaliyanın “Milan” klubunun futbolçusu Alessio Romanyoli komandanı tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi kapitanı ilə müqavilənin uzadılması barədə danışıqları yarımçıq dayandırıb.

Buna tərəflərin razılıq əldə edə bilməsi səbəb olub. Alessio İspaniya klublarının maraq dairəsindədir. “Barselona” və “Atletiko” müdafiəçini heyətində görmək istəyir.

Qeyd edək ki, müqaviləsi 2022-ci ilin yayında başa çatacaq 25 yaşlı futbolçu cari mövsüm 29 oyunda meydana çıxıb.