17:16 20-05-2020
news_image
101
FUTBOL

MLS klubu Beylin transferindən imtina etdi

İspaniyanın “Real” klubunun rəhbərliyi futbolçusu Qaret Beyllə vidalaşmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi uelsli futbolçunu satmaq niyyətindədir.

Lakin paytaxt klubu hələ münasib müştəri tapmaqda çətinlik çəkir. İspaniyalılar bir müddət əvvəl 30 yaşlı futbolçusunu MLS təmsilçilərindən birinə təklif edib. 

Lakin Şimali Amerika liqasının Şərq konfransında iştirak edən, lakin adı açıqlanmayan klub “Real”ın təklifi ilə razılaşmayıb. Buna Beylin həddən artıq yüksək maliyyə tələbləri səbəb olub. İndiki müqavilə ilə ildə təxminən 15 milyon avro qazanan britaniyalı güzəştə getmək istəməyib.

Qeyd edək, Qaret 2013-cü ildən oynadığı “Real”da 4 dəfə Çempionlar Liqasının, bir dəfə La Liqanın qalibi adına yiyələnib. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.