23:01 20-05-2020
news_image
130
FUTBOL

Son müqaviləsini imzaladı - "Borussiya"nın futbolçusu

Dortmund "Borussiya"sı müdafiəçi Lukaş Pişeklə müqavilə müddətini yeniləyib.

Apasport.az saytının məlumatına görə, Polşa millisinin sabiq futbolçusu daha bir il komandada qalacaq.

Bundesliqa təmsilçisi ilə müqavilə müddətini gələn ilin yayına qədər uzadan 35 yaşlı futbolçu bunun son sözləşməsi olduğunu açıqlayıb. O, 2021-ci ilin yayında karyerasını başa vuracaq.

Qeyd edək ki, 2010-cu ildən "Borussiya"nın formasını geyinən Lukaş Pişek komandanın heyətində ən çox oyun keçirən futbolçulardan biridir - 355 oyun, 18 qol.