09:09 21-05-2020
news_image
841
FUTBOL

“Azərbaycana getməyi təklif etdilər, bir il sonra “Ştutqart”da oynadım” – ukraynalı futbolçu

Almaniyanın II Bundesliqa klubu “Sankt Pauli”nin yarımmüdafiəçisi Boris Taşinin karyerasını Azərbaycanda davam etdirmək ehtimalı olub.

Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın gənclər millisinin sabiq üzvü özü ölkəsində “Bombardir” verilişinə açıqlamasında deyib.

27 yaşlı hücumameyilli futbolçu bu variantın 2013-cü ildə yarandığını bildirib. Həmin vaxt “Çernomorets”in oyunçusu olan Taşi icarə əsasında “Hoverla”nın formasını geyinib və o ərəfədə ona ölkəmizə yollanmaq təklifi olunduğunu söyləyib: “Klubumda məni təlim-məşq toplanışına aparmayacaqlarını dedilər. Hətta mənə bildirdilər ki, sənin üçün bir seçim var – Azərbaycanda icarədə oynamaq. Buna inana bilmədim. 19-20 yaşım var, baş məşqçi deyir ki, toplanışa aparılmayacaqsan. Bir ildən sonra isə “Ştutqart”ın heyətində Dortmund “Borussiya”sına qarşı matçda debüt etdim”.

Qeyd edək ki, cari mövsüm 15 oyunda meydana çıxan Boris Taşi 1 məhsuldar ötürmə ilə kifayətlənib.