10:06 21-05-2020
news_image
201
FUTBOL

Xərçəngə qalib gəlib, yeni müqavilə bağladı

“Mançester Yunayted” futbolçusu Maks Teylorla yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, “mankunianlar” 20 yaşlı müdafiəçinin sözləşmə müddətini daha bir il uzadıb.

Mərkəz müdafiəçisi yeni sazişin ardından gələn ilin yayına qədər Premyer Liqa klubuna məxsus olacaq. Teylor hazırda “mankunianlar”ın əvəzedici komandasında çıxış edir.

Qeyd edək ki, Maks Teylora 2018-ci ildə xərçəng xəstəliyi diaqnozu qoyulub. Gənc müdafiəçi müalicənin ardından bu xəstəliyə qalib gəlib.