10:29 21-05-2020
news_image
166
FUTBOL

Premyer Liqa “Nyukasl”ın satışına icazə verdi

İngiltərə Premyer Liqası “Nyukasl” klubunun satılmasına icazə verib.

Apasport.az saytının məlumatına görə, qurum Səudiyyə Ərəbistanından olan investorların kluba sahib olmasına razı olub.

Şahzadə Muhammed Ben Salmanın sahibi olduğu fondun klub üçün 300 milyon funt sterlinq verdiyi bildirilir. Klubun yeni sahibi “Nyukasl”ı top-komandaya çevirmək istəyir.

“Nyukasl”ın yay transfer dövründə yeni oyunçulara xərcləyəcəyi vəsaitin də məbləği müəyyənləşib. Yeni sahibləri bu məqsədlə 200 milyon funt sterlinq ayıracaq.

Qeyd edək ki, 1892-ci ildə yaradılan “Nyukasl” 4 dəfə İngiltərə çempionu olub.