11:17 21-05-2020
news_image
193
FUTBOL

“Qarabağ” “yüzlük”də, “Barselona” zirvədə

Avropanın ən güclü klublarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə qitənin 467 komandası yer alıb.

Siyahıda Azərbaycanın üç klubu da yer alıb. Ən yaxşı təmsilçimiz “Qarabağ” ilk “yüzlük”də qərarlaşıb. Ağdamlılar 228 xalla 93-cüdür.

42 xala malik “Qəbələ” 256-cı pillədə yer alıb. “Neftçi” isə 305-cidir – 22 xal.

Qeyd edək ki, siyahının lideri 2578 xala malik “Barselona”dır (İspaniya). “Real” (İspaniya) 2572, “Bavariya” (Almaniya) 2072 xalla ilk “üçlük”dədir.