11:19 21-05-2020
news_image
203
FUTBOL

“Sabah”da 3 illik müqavilə

“Sabah” növbəti mövsüm üçün ilk transferini reallaşdırıb. 

Apasport.az saytının məlumatına görə, gənc müdafiəçi Amin Seydiyevin keçidi ilə bağlı “Qəbələ” klubuyla razılıq əldə olunub. 

21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Müqavilə 2019/20 mövsümünün ardından qüvvəyə minəcək.

Amin Seydiyev “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. O, 2017/18 mövsümündən bu klubun əsas komandasında çıxış edir. Gənc müdafiəçi Azərbaycan U-21 millisinin üzvüdür.