12:05 21-05-2020
news_image
111
FUTBOL

“Milan”dan gedən futbolçunun klubu müəyyənləşdi – müqaviləni razılaşdırdı

İtaliyanın “Milan” klubunun futbolçusu Cakomo Bonaventuranın yeni komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Roma” ilə müqavilənin şərtlərini razılaşdırıb.

Milanın eyniadlı təmsilçisi ilə anlaşması iyunun 30-da başa çatacaq Bonaventura paytaxt klubuna azad agent kimi keçəcək. O, yeni komandası ilə 2 illik müqaviləyə imza atacaq. Cakomo ildə 2 milyon avro qazanacaq.

Qeyd edək ki, Bonaventura “Milan”a 2014-cü ilin yayında “Atalanta”dan keçib.