14:24 21-05-2020
news_image
96
FUTBOL

“Yuventus” Xediranı transferə çıxardı

İtaliyanın “Yuventus” klubu futbolçusu Sami Xediranı transferə çıxarıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi barədə qərarı Turin təmsilçisinin rəhbərliyi çıxarıb.

“Ağ-qaralar” futbolçunu heyətində görmək istəyən klublarla danışıqlara hazırdır. İngiltərə Premyer Liqasının bir neçə komandasının Xediranı heyətində görmək istədiyi bildirilir. Onlar arasında “Vest Hem” də var.

Qeyd edək ki, Xedira 2019/20 mövsümündə A seriyasında 12 oyun keçirib.