14:59 21-05-2020
news_image
1436
FUTBOL

“Bakı”nın bazası tikinti meydançasına çevrilir - VİDEO

Vaxtilə Azərbaycan Premyer Liqasında çıxış edən və tarixin yaddaşına həkk olan “Bakı” klubunun bazası məhv edilir.

Apasport.az saytının məlumatına görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən keçmiş baza tikinti meydançasına çevrilir.

Paytaxtın ən böyük futbol kompleksi, gözlənildiyi kimi, Türkiyə şirkətinə satılıb. 6 aydan artıq davam edən danışıqlardan sonra idman qurğusunun yeni sahibi buranı qonşu ölkədən olan iş adamlarının ixtiyarına verib.

Hazırda əsas meydançanın və akademiyanın yerləşdiyi birinci bazada ağır texnika işləyir. Ehtimal olunur ki, burada yaşayış massivi salınacaq (sportinfo.az).