15:14 21-05-2020
news_image
60
DİGƏR NÖVLƏR

Azərbaycan idmançılarının qatılacağı dünya çempionatı təxirə salındı

Qısa hovuzda üzgüçülük üzrə dünya çempionatı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Üzgüçülük Federasiyası (FİNA) verib.

2020-ci ilin dekabrın 15-20-nə planlaşdırılan yarışın təxirə düşməsinə koronavirus pandemiyası səbəb olub. Çempionat 2021-ci ildə keçiriləcək. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki yarış gələn il dekabrın 13-18-də təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan yığması da qısa hovuzda üzgüçülük üzrə dünya çempionatlarının iştirakçısıdır.