16:51 21-05-2020
news_image
415
AVRO-2020

Bakı təminat verdi - AVRO-2020 üçün

Bakı 2021-ci ildə keçiriləcək Avropa çempionatının matçlarını qəbul etməyə hazırdır.

Apasport.az saytının “RİA-Novosti” agentliyinə istinadən məlumatına görə, bunu AFFA-dan açıqlayıblar.

Bildirilib ki, hökumət oyunların keçirilməsi ilə bağlı bütün təminatları verib: “AFFA artıq rəsmən AVRO-2020-nin 2021-ci ildə keçiriləcək 4 oyununun Bakıdakı təşkilinə razılığı ilə bağlı UEFA-nı məlumatlandırıb. Bütün təminatlar hökumət tərəfindən verilib. İmzalanmış sənədlər UEFA-ya göndərilib”.

Qeyd edək ki, 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək AVRO-2020-nin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.