17:24 21-05-2020
news_image
65
FUTBOL

Martinesin yerinə həmyerlisini istəyir – “İnter”

Lautaro Martinesi “Barselona”ya satmağa hazırlaşan “İnter” onun yerinə hücumçu axtarışını davam etdirir.

Apasport.az saytının məlumatına görə, “neradzurra” indi də “Mançester Siti”nin forvardı Serxio Aqueroya göz dikib.

Milanlılar Argentina millisinin üzvünün həmyerlisini layiqincə əvəzləyəcəyini düşünür. Premyer Liqa klubu iki il müddətinə avrokuboklardan kənarlaşdırıldığından, 32 yaşlı oyunçu komandasını dəyişmək fikrinə düşə bilər. Bunu nəzərə alan A seriyası təmsilçisi Lautaronu satacağı təqdirdə, Aquero ilə bağlı danışıqlara başlayacaq.

Qeyd edək ki, 2011-ci ildən “Mançester Siti”nin formasını geyinən Serxio Aquero cari mövsüm bütün turnirlərdə 30 matçda 23 qol vurub.