22:11 21-05-2020
news_image
203
FUTBOL

Ronaldo ilə Sarri arasında növbəti fikir ayrılığı

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo "Fiorentina"nın forvardı Federiko Kyezanın transfer edilməsini istəyir.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz bununla bağlı rəhbərliyə məsləhət verib.

Ronaldo Turin klubunun rəsmilərini 22 yaşlı oyunçunun komandaya xeyir verə biləcəyini inandırmağa çalışıb. Lakin "qoca sinyora"nın baş məşqçisi Mauritsio Sarri bu keçidə qarşıdır. İtaliyalı mütəxəssis ayrılacaq vəsaitin başqa transferə sərf edilməsinin tərəfdarıdır. Kyezanın transfer qiyməti 60 milyon avro dəyərindədir.

Qeyd edək ki, Sarri ilə Ronaldo arasında ilk fikir ayrılığı mövsümün əvvəllərində yaşanıb.