22:32 21-05-2020
news_image
138
FUTBOL

Lorente B seriyasının liderinin hədəfində

İtaliyanın “Napoli” klubunun futbolçusu Fernando Lorente komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu B seriyasının lideri “Benevento”nun maraq dairəsinə düşüb.

Bunu klubun idman direktoru Paskuale Foca da təsdiqləyib: “Lorente bizim izlədiyimiz oyunçular sırasındadır. Onu bəyəndiyimi soruşsanız, cavabım “bəli” olacaq. 2 il əvvəl Çempionlar Liqasının finalında oynayıb və karyerası çox şeydən xəbər verir. O, bizim üçün ən yaxşı seçim olacaq”.

Qeyd edək ki, Lorente koronavirus üzündən yarımçıq dayanan cari mövsümdə 24 oyunda 4 qol vurub.