00:04 22-05-2020
news_image
158
FUTBOL

Umtitinin qiymətini müəyyənləşdirdi - "Barselona"

"Barselona" müdafiəçisi Samuel Umtitini mövsümün sonunda satmağın əleyhinə deyil.

Apasport.az saytının məlumatına görə, kataloniya klubu Fransa millisinin üzvünün qiymətini də müəyyənləşdirib.

Koronavirus pandemiyasının yaratdığı maliyyə problemi ucbatından Umtitinin transfer qiyməti 30 milyon avroya düşüb. Bu məbləği ödəyən klub mövsümün sonunda 26 yaşlı oyunçunun keçidini həll edə biləcək. Hazırda o, "Mançester Yunayted", "Arsenal" və "İnter"in gündəmindədir.

Qeyd edək ki, Samuel Umtitinin "Barselona" ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.