00:09 22-05-2020
news_image
332
FUTBOL

"Liverpul" 3 oyunçusunu satır - onu almaq üçün

"Liverpul" "Leypsiq"in hücumçusu Timo Vernerdən əl çəkmir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 24 yaşlı futbolçunu mövsümün sonunda transfer etməkdə israrlıdır.

"Qırmızılar" bu keçidə maliyyə tapmaq üçün 3 oyunçusunu satmağı planlaşdırır. Rəhbərlik yarımmüdafiəçilər Marko Qruiç, Xerdan Şakiri və hücumçu Harri Uilsonu sataraq Vernerin transferi üçün vəsait əldə edəcək. Almaniya yığmasının üzvü özü də karyerasını "Liverpul"da davam etdirməkdə maraqlıdır.

Qeyd edək ki, Timo Vernerin "Leypsiq"lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.