09:26 22-05-2020
news_image
93
FUTBOL

Stiven Siqalla görüşündən danışdı – Dmitri Nazarov

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov 4 il əvvəl məşhur ABŞ aktyoru Stiven Siqalla görüşünü xatırlayıb.

Apasport.az saytının məlumatına görə, Almaniyanın II Bundesliqa təmsilçisi “Aue”nin formasını geyinən 30 yaşlı yarımmüdafiəçi Bakıda görüşdüyü döyüş ustasının filmlərini sevərək izlədiyini söyləyib.

Orta sahə oyunçusu 2016-cı ildəki görüşlə bağlı xoş fikirlər səsləndirib: “Azərbaycan millisinin heyətində Norveç üzərində 1:0 hesablı qələbə qazandığımız beynəlxalq oyun var idi. Siqal döyüş sənətləri məktəbi açmaq üçün şəhərdə idi. Komandamızın otelində iki gecə keçirdi və oyunu izlədi. Belədə bir araya gəlmək imkanı yarandı. Bu bir təcrübə idi, çünki onun filmlərini izləməyi çox xoşlayıram. Onunla çəkdirdiyim şəkil hələ də “WhatsApp” profilimdədir”.

Qeyd edək ki, 2016-cı il oktyabrın 8-də Bakı Olimpiya Stadionunda baş tutan Azərbaycan – Norveç qarşılaşmasında komandamıza qələbə qazandıran yeganə qola Maksim Medvedev imza atıb.