10:13 22-05-2020
news_image
91
DİGƏR NÖVLƏR

Avropa çempionatının vaxtı dəyişdirildi

Azərbaycan idmançılarının qatılacağı daha bir yarışın vaxtı dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, bunu Avropa Üzgüçülük Liqası (LEN) açıqlayıb.

Qısa hovuzda üzgüçülük üzrə Avropa çempionatının vaxtı dəyişdirilib. Rusiyanın Kazan şəhərində təşkil olunacaq yarış nəzərdə tutulduğundan bir ay tez keçiriləcək. 2021-ci ilin dekabrında baş tutması planlaşdırılan yarış noyabrın 2-7-də təşkil olunacaq.

Buna qısa hovuzda üzgüçülük üzrə dünya çempionatının təxirə salınması səbəb olub. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə bu il qəbul etməli olduğu mundial koronavirus pandemiyası üzündən 2021-ci ilin dekabrında baş tutacaq.