13:05 22-05-2020
news_image
55
FUTBOL

Danışıqlar bərpa edildi – yeni müqaviləyə razıdır

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin durumuna aydınlıq gəlir.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı qolkiper klubu ilə müqavilə müddətini uzatmağa hazırlaşır.

Rəhbərliklə futbolçu arasında koronavirus pandemiyası dönəmində dondurulan danışıqlar yenidən bərpa olunub. Bəzi tələblərindən imtina edən Almaniya millisinin üzvü yeni sazişə qol çəkməyə ilkin razılıq verib. Kataloniya klubu onun müqavilə müddətini 2025-ci ilə qədər uzatmağı planlaşdırır və danışıqlar müsbət məcrada davam edir.

Qeyd edək ki, ter Ştegenin “Barselona” ilə hazırkı sözləşmə müddəti 2022-ci ilin yayına qədərdir.