13:29 22-05-2020
news_image
111
FUTBOL

A seriyasının ən uğursuzları – son 2 ildə

İtaliya A seriyasının ən uğursuz transferlərindən ibarət “11-lik” açıqlanıb.

Apasport.az saytının məlumatına görə, seçim zamanı 2018-2020-ci illərdəki keçidlər nəzərə alınıb.

Siyahıda böyük ümidlərlə transfer edilən Dieqo Qodin, Adrien Rabyo, Xavyer Pastore və Aleksis Sançes kimi ulduz futbolçular da var. Uğursuz heyət 4-3-3 sxeminə əsasən düzülüb və ümumi transfer qiyməti 221 milyon avrodur.

Qapıçı: Aleks Meret (“Napoli”: 30 milyon avro dəyərində)
Müdafiəçilər: Leonardo Spinatsola (“Roma”: 23,5 milyon), Dieqo Qodin (“İnter”: 5 milyon), Denis Vavro (“Latsio”: 10 milyon), Antonio Barreka (“Cenoa”: 10 milyon)
Yarımmüdafiəçilər: Lukas Paketa (“Milan”: 30 milyon), Adrien Rabyo (“Yuventus”: 20 milyon), Xavyer Pastore (“Roma”: 10 milyon)
Hücumçular: Simone Verdi (“Torino”: 20 milyon), Aleksis Sançes (“İnter”: 27,5 milyon), İrvinq Losano (“Napoli”: 35 milyon).