15:13 22-05-2020
news_image
180
FUTBOL

Azərbaycan Premyer Liqasının taleyi nə vaxt bilinəcək?

Koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer Liqası və Birinci Divizionun taleyinə qarşıdakı həftələrdə aydınlıq gələcək.

Apasport.az saytının məlumatına görə, bunu AFFA açıqlayıb.

Assosiasiyanın İcraiyyə Komitəsinin üzvləri hazırkı durumla bağlı məsələni müzakirə edib. Yekunda pandemiya ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların gözlənilməsi məqsədəuyğun sayılıb.

Bütün bunlar nəzərə alınmaqla Premyer Liqa və I divizionla bağlı məsələyə növbəti həftələrdə baxılması qərara alınıb.