17:42 22-05-2020
news_image
133
DİGƏR NÖVLƏR

Yaponiyalı tennisçidən rekord qazanc

Yaponiyalı Naomi Osaka qadın tennisi tarixinə düşüb.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, asiyalı bir il ərzində ən çox qazanan qadın idmançı adına yiyələnib.

22 yaşlı yaponiyalı ötən il 37,4 milyon dollar əldə edib. Osaka ABŞ təmsilçisi Serena Uilyamsa məxsus rekordu 1,4 milyon dollar üstələyib. Üçüncü göstərici isə artıq karyerasını başa vuran Mariya Şarapovaya məxsusdur – 29,7 milyon.

Qeyd edək ki, Osaka dünyanın ən yüksəködənişli idmançıları arasında 29-cudur. Uilyams isə 33-cü sırada qərarlaşıb. 2016-cı ildən sonra ilk dəfə cədvəldə iki qadın idmançı yer alıb.