17:53 22-05-2020
news_image
42
FUTBOL

İkardi ilə bağlı qərarını verdi - PSJ

PSJ icarə əsasında heyətində yer alan Mauro İkardi ilə bağlı qərar qəbul edib.

Apasport.az saytının məlumatına görə, Fransa çempionu Argentina millisinin forvardını “İnter”dən birdəfəlik transfer etmək fikrinə düşüb.

Paris klubunun 70 milyon avroya transfer etmək hüququ olsa da, rəhbərlik qarşı tərəfə fərqli təklif göndərib. Fransızlar keçidi 50 milyon avroya reallaşdırmağı planlaşdırır. Həmçinin sözləşməyə 10 milyon avroluq bonusun əlavə olunması da təklif olunub.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm ümumilikdə 31 oyunda 20 qol, 4 assistlə yadda qalıb.