22:12 22-05-2020
news_image
153
FUTBOL

Daha bir çempionat başa çatdırıldı - qalib elan olunmadı

Koronavirus pandemiyası səbəbindən daha bir ölkədə çempionat vaxtından əvvəl başa çatdırılıb.

Apasport.az saytının məlumatına görə, Meksikanın MX Liqa rəhbərliyi bu barədə qərarını açıqlayıb.

Bildirilib ki, Klausura çempionu təyin olunmayacaq. KONKAKAF Çempionlar Liqasında bu ölkəni çempionatın dayandırıldığı anda ilk iki pillədə qərarlaşan "Krus Asul" və "Leon" təmsil edəcək.

Ölkədə futbolun bərpa tarixi ilə bağlı qərar iyunun ilk həftəsində veriləcək. Futbolçuların və azarkeşlərin sağlamlığı üçün yeni mövsüm tamaşaçısız başlayacaq.