22:28 22-05-2020
news_image
94
FUTBOL

Kante icazə aldı - məşqlərə çıxmır

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante mövsümün qalan matçlarında iştirak etmək istəmir.

Apasport.az saytının məlumatına görə, fransalı futbolçu Premyer Liqada mövsüm bərpa olunacağı təqdirdə, qarşıdakı turlarda meydana çıxmaq fikrindən uzaqdır.

Koronavirus pandemiyasının yayılmasından narahatlıq keçirən 29 yaşlı dayaq yarımmüdafiəçisi məşqlərin bərpa olunmasından sonra əsas komandada hazırlıq keçməmək üçün rəhbərlikdən icazə alıb.