23:00 22-05-2020
news_image
101
FUTBOL

Qrizmannla bağlı qərarını verdi - "Barselona"

"Barselona"nın hücumçusu Antuan Qrizmannın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, fransalı forvard növbəti mövsümü də Kataloniya klubunun heyətində keçirəcək.

Halbuki onunla "Çelsi", "Nyukasl" və PSJ maraqlanırdı. Hətta sonuncuların hücumçusu Neymarın qaytarılması üçün Qrizmannın qarşı tərəfə verilməsi də variantlar sırasında idi. Lakin ispanlar Fransa millisinin üzvünün xidmətindən imtina etmək fikrində deyil. 
Qeyd edək ki, Antuan Qrizmann "Barselona"ya ötən il "Atletiko"dan keçib.