00:00 23-05-2020
news_image
45
FUTBOL

Mövsümün yekunundan narazıların apelyasiyası rədd edildi

Koronavirus pandemiyası üzündən yarımçıq başa çatdırılan Fransa Liqa1-in yekun sıralamasından narazı qalan klubların şikayətinə baxılıb.

Apasport.az saytının məlumatına görə, Arbitraj Məhkəməsi “Lion”, “Amyen” və “Tuluza”nın apelyasiyasını rədd edib.

Məhkəmənin qərarına əsasən, Peşəkar Futbol Liqasının addımından yalnız Dövlət Şurasına şikayət oluna bilər. 

Məsələ ondadır ki, aprelin 28-də Fransa Futbol Federasiyası mövsümün vaxtından əvvəl bitməsini açıqlayıb. İki gün sonra Peşəkar Futbol Liqası Liqa1 və Liqa2-də yerlərin sıralamasını müəyyənləşdirərək təsdiqləyib.

Nəticədə “Amyen” və “Tuluza” aşağı dəstəyə yuvarlanıb, “Loryan”la “Lans” Liqa1-ə yüksəlib. “Lion” 7-ci yerin sahibi kimi avrokuboklardan kənar qalıb.