00:09 23-05-2020
news_image
181
STOLÜSTÜ OYUNLAR

Dünya çempionatı təxirə salındı

Yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası (FİDE) verib.

Qurum koronavirus pandemiyası üzündən sentyabrın 7-20-də keçirilməli olan yarışı qeyri-müəyyən müddətə təxirə salınıb. Rumıniyanın Mamay şəhərindəki yarışın yeni tarixi sonradan müəyyənləşəcək. Bu, yarışın startına ən azı 4 ay qalmış gerçəkləşməlidir.

Yeniyetmələrin dünya çempionatı 8, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında keçirilir. Yarış indiki adını 1997-ci ildə alıb. Azərbaycan idmançıları da daim qatıldıqları mötəbər yarışda dəfələrlə mükafatçılar sırasına düşüb.