09:09 23-05-2020
news_image
261
FUTBOL

1 il yaşamadan fəaliyyətini dayandıracaq - Rusiya klubu

Rusiyanın Peşəkar Futbol Liqasında çıxış edən Vladiqafqaz “Spartak”ının əsas komandası fəaliyyətini dayandıracaq.

Apasport.az saytının məlumatına görə, buna səbəb maliyyə problemləridir.

Ciddi çətinliklərlə üzləşən klubun bütün personalı akademiyaya göndərilir. Klub yalnız futbol akademiyası kimi fəaliyyət göstərəcək. “Spartak”ın gələcək taleyi isə bəlli deyil.

Bu klub 2019-cu ilin yayında yaranıb. Yeni komanda Azərbaycan millisinin sabiq futbolçusu və baş məşqçisi Nazim Süleymanovun da uzun müddət şərəfini qoruduğu, vaxtilə Rusiya çempionu da olmuş, müxtəlif illərdə “Spartak”, “Alaniya”, “Spartak-Alaniya” adlanmış klubun parçalanması nəticəsində qurulub. Heç də yaxşı günlərini yaşamayan Vladiqafqaz təmsilçisi ötən ilin yayında iki yerə bölünüb. Klublardan biri “Alaniya”, digəri “Spartak” adlanıb. Sonuncuların fəaliyyəti isə heç bir il sürməyib.