10:06 23-05-2020
news_image
71
FUTBOL

Portuqaliya çempionatının bərpa tarixi müəyyənləşdi

Avropanın daha bir ölkəsində futbol çempionatının bərpa tarixi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən dayandırılan Portuqaliya çempionatı iyunun 3-də bərpa olunacaq.

Fasilədən sonrakı ilk turun qarşılaşmaları 5 günü əhatə edəcək. Görüşlər iyunun 3-dən 7-dək keçiriləcək.

Yarışın qalan hissəsi iki matçla start götürəcək. “Portimonense” “Jil Visente” ilə, “Famalikao” “Porto” ilə üz-üzə gələcək.

Qeyd edək ki, çempionat martda dayandırılıb. 24 turdan sonra “Porto” 60 xalla 1-ci, “Benfika” 59 xalla 2-ci, “Braqa” 46 xalla 3-cüdür.