10:33 23-05-2020
news_image
205
FUTBOL

Dünya çempionlarının üç medalı satıldı

Fransa milli komandasının futbolçusu DÇ-2018-də qazandığı qızıl medalı hərracda satıb.

Apasport.az saytının məlumatına görə, adı açıqlanmayan dünya çempionu mükafatının qarşılığında 66 min avro alıb.

Hərracda mundialın daha iki qızıl medalı satılıb. Braziliya yığmasının DÇ-1994 və DÇ-2002-də əldə etdiyi mükafatların qiyməti daha ucuz olub. Onlar müvafiq olaraq 44 və 46 min avroya öz yeni sahibinə keçib.

Qeyd edək ki, sön dünya çempionatı Rusiyada keçirilib və Fransa tarixində ikinci dəfə planetin ən güclüsü olub.