10:42 23-05-2020
news_image
61
FUTBOL

36 yaşlı veteranla yeni müqavilə - səfir olacaq

Almaniyanın “Ayntraxt” klubu futbolçusu Makoto Xasebe ilə yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı yaponiyalı yarımmüdafiəçi daha bir il Frankfurt təmsilçisində çıxış edəcək.

Onunla anlaşma 2021-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmaya əsasən, karyerasını başa vurduqdan sonra da klubda qalacaq Xasebe “Ayntraxt”ın səfir funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, 2014-cü ildən Bundesliqa təmsilçisinin şərəfini qoruyan yarımmüdafiəçi cari mövsümdə 17 matç keçirib.