13:07 23-05-2020
news_image
99
FUTBOL

“Napoli” uruqvaylı yarımmüdafiəçi alır

İtaliyanın “Napoli” klubu heyətini yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, neapollular “Kalyari”nin futbolçusu Naytan Nandesi transfer etməyə qərar verib.

Uruqvaylı futbolçu yayda komandanı tərk edəcəyi gözlənilən Allanı əvəzləməlidir. Cənubi amerikalının qiymətinin 21 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, uruqvaylı yarımmüdafiəçiyə İngiltərənin “Vest Hem” klubu da maraq göstərir.