14:38 23-05-2020
news_image
171
FUTBOL

“Bavariya”nın müdafiəçisi “Nyukasl”a keçə bilər

Almaniyanın “Bavariya” klubunun futbolçusu Lukas Ernandes karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Nyukasl” müdafiəçini bu yay heyətinə qatmaq niyyətindədir.

Ötən yay İspaniya “Atletiko”sundan “Bavariya”ya keçən futbolçu 80 milyon avroya transfer olunmuşdu. Həmin vaxt o, Vircil van Deykdən sonra ikinci ən bahalı müdafiəçi adına yiyələnmişdi.

Qeyd edək ki, Lukas cari mövsüm Münhen təmsilçisində 14 oyun keçirib.