22:03 23-05-2020
news_image
165
FUTBOL

Almaniyada ilk: Eyni anda 4 dəyişiklik

Almaniya çempionatında ilk yaşanıb.

Apasport.az saytının məlumatına görə, 2-ci Bundesliqada çıxış edən “Sankt-Pauli” XXVII turun “Darmştadt”la görüşündə ölkə futbol tarixində ilki gerçəkləşdirib.

Matçda 0:4 hesabı ilə uduzan qonaqlar eyni anda dörd əvəzetmədən yararlanan ilk komanda olub. Bu, 61-ci dəqiqədə baş verib. Həmin an 0:1 hesabı ilə geridə olan “Sankt-Pauli” “topdan” dəyişikliklərdən sonra daha üç qol buraxıb.

Qeyd edək ki, FİFA 2020-ci ilin sonunadək koronavirus pandemiyası üzündən dayandırılıb, sonra bərpa olunan liqaların komandalarına 5 əvəzetmədən yararlanmaq hüququ verib.