23:04 23-05-2020
news_image
158
FUTBOL

Müller “Böyük beşlik”də lider oldu, Sanço rekord vurdu

Almaniyanın “Bavariya” klubunun futbolçusu Tomas Müller “Böyük beşlik” çempionatlarında ən çox qol ötürməsi verən oyunçu olub.

Apasport.az saytının məlumatına görə, hücumameylli yarımmüdafiəçi “Ayntraxt”la hazırda davam edən oyunun ilk qolunun assistenti olmaqla məhsuldar ötürmələrinin sayını 17-yə çatdırıb.

Bununla da Müller İngiltərə “Mançester Siti”sinin futbolçusu Kevin de Breyne və Dortmund “Borussiya”sının gənc ulduzu Ceydon Sançonu arxada qoyub. Sonuncu isə öz klubunun tarixinə düşüb.

“Volfsburq”la bugünkü qarşılaşmada (2:0) 16-cı dəfə qol ötürməsi verən Ceydon Dortmund təmsilçisinin tarixində yeni rekorda imza atıb. İndiyədək “Borussiya”da heç bir futbolçu mövsüm ərzində 16 və ya daha çox assistə imza atmayıb.