12:02 24-05-2020
news_image
90
FUTBOL

200 milyon qazanacaq - futbolçu satışından

"Napoli" maliyyə problemini yoluna qoymaq üçün mövsümün sonunda 4 aparıcı futbolçusunu satmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, klub prezidenti Aurelio De Laurentis bununla yenidən vəziyyəti düzəldəcəklərinə ümid edir.

Prezident Arkadiuş Milik, Allan, Kalidu Kulibali və Fauzi Quam üçün gələn təklifləri dəyərləndirəcək. Neapollular adıçəkilən 4 oyunçunun satışından 200 milyon avroluq qazanc əldə etmək niyyətindədir. Onlar arasında ən bahalısı Kulibali sayılır. A seriyası komandası müdafiəçinin ən azı 90 milyon avroya gedişinə razı olacaq.

Qeyd edək ki, "Napoli" baş məşqçi Cennaro Qattuzoya yeni müqavilə təklif edib.