12:43 24-05-2020
news_image
92
FUTBOL

Liqa1-in bərpasına ümid edir - "Lion"

"Lion" klubu Fransa Liqa1-nin erkən başa çatması ilə bağlı qərarın yenidən nəzərdən keçiriləcəyinə ümid edir.

Apasport.az saytının məlumatına görə, klub rəsmi saytı vasitəsilə yerli hökuməti çempionatın bərpa edilməsinə səsləyib.

Bəyanatda Almaniya və İspaniyanın onlara yaxşı nümunə olduğu vurğulanıb: "Ümid edirik ki, Almaniyada çempionatın bərpası və İspaniyanın buna hazırlaşması Fransa üçün nümunə olar və tələsik qərarı nəzərdən keçirməyə imkan verər. Hazırda bərpa üçün aprel ayı ilə müqayisədə daha əlverişlidir. Mövsümün erkən başa çatdırılması klublara ziddi maddi ziyan vuracaq, avrokubokda iştiraka təsir edəcək".

Qeyd edək ki, "Lion", "Amyen" və "Tuluza" mövsümün erkən başa çatdırılması qərarına görə, məhkəməyə müraciət etsə də, rədd cavabı alıblar.